Badamdardakı sürüşmə zonasında son vəziyyət

Badamdardakı sürüşmə zonasında son vəziyyət
Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasında xırda uçqun prosesləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən,ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir.
Sürüşmə sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az