Bakı metrosunda qorxulu anlar: iki qatar üz-üzə gəldi

Bakı metrosunda qorxulu anlar: iki qatar üz-üzə gəldi

Bakı metrosunda qorxulu anlar yaşanıb

Yerli KİV-in məlumatına görə, "Qara Qarayev” stansiyasında iki qatar üz-üzə gəlib.

"Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks istiqamətdə hərəkət edən qatar çıxıb. Amma xoşbəxtlikdən toqquşma baş verməyib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hadisə ötən gün saat 13:15-də radələrində baş verib:

"Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”.

Qurum rəsmisi qeyd edib ki, nasazlıq yaranan qatar texniki qaydalara uyğun olaraq depoya göndərilib.
[video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az