Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  məlumat verib ki, artıq qatar depodadır.

Nəsimi Paşayev bildirib ki, Rusiyadan gələn mütəxəssislər yerli mütəxəssislərlə birgə qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar: "Bəzi avadanlıqlar quraşdırılmalıdır, daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq. Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha da komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq olacaq".