Bakı Türkiyə təcrübəsini tətbiq edir: sağalanların qanı...

Bakı Türkiyə təcrübəsini tətbiq edir: sağalanların qanı...

Bu gün ölkəmizdə bütün müalicə protokollarını tətbiq etmək üçün imkanlar var. Plazma müalicə üçün Hemotologiya Mərkəzi ilə müzakirələr davam edir.

Miq.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında deyib.

"Bu barədə Səhiyyə Nazirliyi ilə də müzakirələr davam edir. Xəstəlikdən sağalan kəsləri Milli Hemotologiya Mərkəzinə dəvət edib, plazma müalicə üsulunu tətbiq edəcəyik. Buna növbəti həftədən başlayacağıq. COVID19 xəstəliyindən sağalan insanların qanında xəstəliyə qarşı anti-cisimlər olur. Bu plazmada anti-cisimlər yetəri qədər olarsa, bunu ağır xəstələrə köçürə bilərik. Virusun anemiyaya səbəb olması faktı da var", - R.Bayramlı deyib.

Qeyd edək ki, bu metoddan bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə xəstələrin sağalmasında istifadə olunur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az