Bakıda azyaşlı qız 1 saata 50 min qazandı

Bakıda azyaşlı qız 1 saata 50 min qazandı
Bakı Olimpiya stadionundakı Yeni İl konsertindəki iştirakına görə 16 yaşlı türkiyəli müğənni Aleyna Tilki 1 saatlıq çıxış üçün 50 min lirə qonorar alıb.

İstiPress "Vatan"a istinadən xəbər verir ki, həddi-buluğa çatmadığından Aleyna Tilkinin Türkiyədə spirtli içki verilən konsert və tədbirlərdə iştirakı mümkün deyil. Bununla belə, o, çıxış etdiyi hər məclisə görə 20-30 min lirə əldə edə bilir.

Keçən ilədək çətin şəraitdə yaşayan Aleynanın ailəsi bu günlərdə dəniz sahilində 750 min lirəyə mənzil də alıb.

 A.Tilki 2 il əvvəl "Yetenek Sizsiniz” layihəsində tanınıb.
 
 
 


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az