Bu gün səhər saatlarında qohumlarının birindən gəlini gətirmək üçün maşın götürən Yusub, elə avtomobillə birgə yoxa çıxıb
Bakıdakı “Röya” şadlıq sarayında toy mərasimi keçirilən 1979-cu il təvəllüdlü Yusub (Soyadını dəqiqləşdirə bilmədik – red.) öz toyuna gəlməyib. Vətəninfo.az aznews.az-a istinadən xəbər veie ki, bu gün səhər saatlarında qohumlarının birindən gəlini gətirmək üçün maşın götürən Yusub, elə avtomobillə birgə yoxa çıxıb.
Bütün qohumlar bəyin axtarışına cəlb olunublar. Hətta gəlinin də bəyi axtardığı deyilir. Lakin telefonunu söndürən səbəbkarı “gördüm” deyən olmayıb. Yusubun yaxınlarının dediyinə görə, onun qaçma səbəbləri heç kəsə bəlli deyil. Bu evlilik sevgi əsasında baş tutduğundan bəyin öz toyuna gəlməməsi yaxınlarını şoka salıb.
Qohumlar arasında bu hərəkətini ailəsinin yeganə oğlan övladı olduğundan Yusubun “ərköyünlüyü” kimi dəyərləndirənlər olsa da, bununla razılaşmayanlar daha çoxdur. Onların fikrincə, 35 yaşlı bəy ərköyünlük edəcək yaşda deyil. Yusub bir neçə gün öncədən bəy masasında oturmaq istəmədiyini bildiribmiş.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...