​Bakıda beynəlxalq neft-qaz forumu keçirilir

​Bakıda beynəlxalq neft-qaz forumu keçirilir
Bu gün Bakıda III Azərbaycan və Xəzər Neft-Qaz Həftəsi işə başlayıb.

Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, üç gün davam edəcək tədbirin təşkilatçısı Böyük Britaniyanın "Olive Kinross" biznes tədqiqatları təşkilatıdır.

Neft-qaz həftəsində 250-dən artıq nümayəndə iştirak edir. Tədbirdə Xəzər dənizinin enerji ehtiyatları, xüsusilə də Azərbaycan sektorundakı iri neft-qaz yataqları, "Şahdəniz", "Abşeron" qaz-kondensat yataqları, müxtəlif enerji layihələri, "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Avropaya ixracı, Cənub Qaz Dəhlizi layihəsi ətrafında müzakirələr aparılır.

Tədbirdə, həmçinin dünya enerji bazarında müşahidə olunan proseslər müzakirə olunur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az