Bakıda bəzi marşrut avtobusların qrafikində ləngimələr olacaq – XƏBƏRDARLIQ

Bakıda bəzi marşrut avtobusların qrafikində ləngimələr olacaq – XƏBƏRDARLIQ
"BakuBus” MMC Bakıda bəzi marşrut avtobusların qrafikində qeydə alınan ləngimələrlə bağlı məlumat yayıb.

"BakuBus”un mətbuat katibi Qabil Babayevin verdiyi məlumata görə, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.
Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.
"BakuBus” MMC yaranan müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir və mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir”, – deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az