Bakıda “Confetti” restoranında biabırçı olay - bir manatlıq "rüsvayçılıq"- FOTO

Bakıda “Confetti” restoranında biabırçı olay - bir manatlıq

Bakıda restoranda müştəridən "zaryadka” pulunu da aldılar 

90 manata yaxın hesab çıxan məkan müştəridən 1 manatı da alıb.

Bakının mərkəzində yerləşən "Confetti” restoranında biabırçı olay yaşanıb.

Miq.az Azxeber.com istinadən bildirir ki, restorana gələn müştərilərdən biri ofisiantdan telefonunun enerjisinin doldurulmasını xahiş edib. Sonda isə hesab gələrkən müştəri təəccüblənib. Belə ki, hesabda "zaryadka - 1 manat” sözü yazılıb.

Maraqlıdır ki, 90 manata yaxın hesab çıxan məkan müştəridən 1 manatı da alıb.

Həmin fotonu sosial şəbəkədə paylaşan xanım şokda olduğunu deyib və bu statusu onlarla insan paylaşıb, restoranı tənqid edib.

Onu da qeyd edək ki, hesabın türk dilində yazılması da birmənalı qarşılanmayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az