Bakıda DƏHŞƏTLİ QƏZA - Vurulan piyadanın boynu üzüldü

Bakıda DƏHŞƏTLİ QƏZA - Vurulan piyadanın boynu üzüldü
Bakıda vurulan piyadanın boynu üzülüb.

Miq.az  report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şosesində qeydə alınıb.
Belə ki, İsa Ağazadə idarə etdiyi 90 VL 279 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə hərəkət edən zaman piyada, 48 yaşlı Səmədov İsmayıl Ağa oğlunu vurub. Zərbə o qədər güclü olub ki, İ.Səmədovun başı avtomobilin qabaq (alın) şüşəsini sındıraraq salona girib. Nəticədə onun boyun nahiyəsi kəsilib. Sürücü İ.Ağazadə piyadanı xəstəxanaya çatdırıb. Lakin İ.Səmədovun öldüyü müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az