Bakıda film kimi hadisə: Özünü binadan atdı, təcili yardımdan qaçıb ev soydu

Bakıda film kimi hadisə: Özünü binadan atdı, təcili yardımdan qaçıb ev soydu

Yasamal rayonunda 35 yaşlı Muxtar Ağasıyev intihara cəhd edib.

"Qafqazinfo” xəbər verir ki, rayonda yerləşən beşmərtəbəli binanın damına çıxan Ağasıyev özünü yerə atıb.

Xəsarətlər alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin o, yolda təcili yardım maşınından düşüb qaçaraq, yaxınlıqdakı binalardan birinin blokuna girib və qapısı açıq olan evə daxil olub.

Ağasıyev həmin evdə yaşayan tanımadığı şəxslərdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinə polis çağırılıb. Ağasıyev saxlanılaraq Respublika Psixoloji Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, həmin şəxsin psixi problemləri var. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az