Bakıda Rusiyanın istehsalı olan "Döyüşçü" adlı yeni film oktyabrın 1-dən "28 Cinema" kinoteatrında nümayişə başlanılıb.
"Report"un məlumatına görə, film Azərbaycanda nümayişə başlanan gündən artıq kinoteatrda maksimum ajiotaj yaradıb, ən çox baxılan kinolardandır.
Film təkbətək döyüş növü ilə məşğul olan iki qardaş haqqında bəhs edir. Onlar ailə münasibətlərini bərpa etmək və maddi vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə döyüş turnirində iştirak etmək qərarına gəlib. Filmdə atanın da öz rolu var: o, boks üzrə məşqçi olub və öz oğullarını çempion görmək istəyir. Bu film ata və iki qardaşın həyatı prizmasından göstərilmiş ailə dəyərləri, onilliklərlə daxildə gəzdirdiyimiz incikliklər, başqalarına verdiyimiz ağrı və bağışlama bacarığından bəhs edir.
Filmin prodüserləri Fyodor Bondarçuk, Dmitriy Rudovskiy və Anton Zlatopolskiydir.
Baş rollarda məşhur aktyorlar Fyodor Bondarçuk, Sergey Bondarçuk, Svetlana Xodçenkova, Vladimir Yaqlıç, Yuriy Yakovlev-Suxanov, Aleksandr Novin, Aleksandr Baluyev, Mariya Andreyeva, Vladimir Selivanov və Yekaterina Melnik çəkilib.
Filmdə döyüş səhnələrinin quruluşuna xüsusi diqqət yönəldilib. Bu səhnələrdə Əli Baqautinov, Vladimir Mineyev, Maksim Qrişin, Konstantin Yeroxin və Vitaliy Minakov adlı idmançılar çəkilib.
Qeyd edək ki, 2011-ci ildə "Qanın tamı" ssenarisi əsasında Hollivudda "Döyüşçü" adlı film çəkilib. Rusiyanın istehsalı olan "Döyüşçü" filminin yaradıcıları da həmin ssenarinin müəllif hüquqlarını alıb.
[video=http://
]
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər