Bakıda gənc oğlan "məni bağışlayın" deyib özünü binadan atdı
Miq.az bildirir ki, report-un əldə etdiyi məlumata görə, hadisə baş verən zaman Rəvan Məmmədovun atası və anası yatıbmış. O, bacısına "Mən sizin hamınızı çox istəyirəm, məni bağışlayın" deyərək özünü yaşadığı mənzilin pəncərəsindən yerə atıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, R.Məmmədov mənzildə ata, ana və bacısı ilə birgə yaşayıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Bakıda intihar hadisəsi baş verib.
Nəsimi Rayon Prokurorluğundan report-a verilən məlumata görə, rayonun Cavadxan küçəsində 1999-cu il təvəllüdlü Məmmədov Rəvan Rövşən oğlu özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
O, hadisə baş verən zaman sərxoş olub. Belə ki, R.Məmmədov getdiyi toy mərasimindən sərxoş qayıdıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Bakıda intihar olub.
Miq.az xəbər verir ki, Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Cavadxan küçəsi 22, mənzil 28 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1999-cu il təvəllüdlü Rəvan Rövşən oğlu Məmmədov özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Miq.az