Bakıda görünməmiş vandallıq: Ağacların dibinə "kislota" tökən işbazlar kimlərdir? (VİDEO)
Xəbər verdiyimiz kimi, ötən gün Yasamal rayonu, Şərifzadə küçəsi 131 A ünvanında naməlum şəxslər ağacların dibinə kimyəvi məhlul - "kislota" tökərək, ağacları qurutmağa çalışıblar.
Miq.Az xəbər verir ki, İctimai televziyanın əməkdaşları ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını hadisə yerinə dəvət edərək, baxış keçiriblər.
Məlum olub ki, bu hadisə məqsədli şəkildə, həm də gecə saatlarında törədilib. Güman edilir ki, bu əməli törədənlərin məqsədi ağacları qurudub kəsmək və ərazidə bina ucaltmaqdır.
İTV-nin hadisə ilə bağlı hazırladığlı süjeti təqdim edirik.
Miq.Az