Bakıda güclü partlayış: xəsarət alan var

Bakıda güclü partlayış: xəsarət alan var

Bakıda evdə partlayış baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də saat 21 radələrində Yasamal rayonunun K.Kazımzadə küçəsində Təvəkkül İsmayılovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti alan T.İsmayılov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az