Bakıda hüquqşünas polis qardaşını amansızlıqla öldürdü

Bakıda hüquqşünas polis qardaşını amansızlıqla öldürdü
Bakıda qətl hadisəsi törədilib. 

Miq.az lent.az-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda Əli Əliyev adlı şəxs qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs hüquqşünas, onun öldürdüyü qardaşı isə polis əməkdaşıdır.

Faktla bağlı cinayət işi açılıb.

******
Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Miq.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən ev 21 mənzil 5-də baş verib.
Həmin ünvanda yaşayan Binəqədi rayon sakini, 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, daha sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az