Bakıda İran vətəndaşı qəza törətdi: 3 nəfər öldü

Bakıda İran vətəndaşı qəza törətdi: 3 nəfər öldü

Bakıda İran vətəndaşı qəza törədib, 3 nəfər ölüb.

Miq.Az Report-a istinadən xəbər verir ki, hadisə martın 15-də paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Eynulla Xeyrulla oğlu Əliyevin idarə etdiyi QAZ A65R32-80 mikroavtobus markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Babaşah Ağaşah oğlu Qəribov, 1984-cü il təvəllüdlü Qayıb Nizami oğlu Zeynalov və 1987-ci il təvəllüdlü Məhəmməd Zakir oğlu Qaraşov hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat şöbəsində istintaq aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az