Bakıda kamikadze-piyadalar son anda ölümdən xilas oldular – VİDEO

Bakıda kamikadze-piyadalar son anda ölümdən xilas oldular – VİDEO
Paytaxtın Yasamal rayonunda Bakı dairəvi yolunda sürücünün reaksiyası yol qəzasının qarşısını alıb.

Oxu.Az-ın xəbərinə görə, videoregistratorla qeyd alınan görüntütlərdən bəlli olur ki, bir qrup piyada qəfildən avtomobilin qarşısına çıxır. Sürücü onları vurmamaq üçün əyləci sıxır və son anda qəzadan xilas olur.

Yolu sonuncu keçən yaşlı qadın isə sürücünün etirazına cavab verməkdən belə çəkinmir.

Qeyd edək ki, Bakı dairəvi yolunda maksimal sürət həddi saatda 120 kilometrdir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az