Bakıda kütləvi davada polkovnikin oğlu bıçaqlandı

Bakıda kütləvi davada polkovnikin oğlu bıçaqlandı
Bakının Sabunçu rayonundakı "Emin” kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.
Miq.az "Report”a istinadən xəbər verir ki,  A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, "Emin” kafesində baş verən kütləvi dava edən şəxslər hadisə yerinə gələn polisin qanuni tələblərinə riayət etməyərək müqavimət göstəriblər. Onlar polis əməkdaşlarına bıçaqla hücum edib. Hadisə nəticəsində dörd polis əməkdaşı yaralanıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az