Bakıda utancverici OLAY: Dönərə pulu çatmayan 14 yaşlı uşaq döyüldü

Bakıda utancverici OLAY: Dönərə pulu çatmayan 14 yaşlı uşaq döyüldü
Ötən gün Səbail rayonu, İslam Səfərli küçəsi 3-də yerləşən restoranda 14 yaşlı uşaq döyülüb.
 
Miq.az "ölkə.az”a istinadən xəbər verir ki, restoran işçiləri olan 2 nəfər naməlum şəxs 2004-cü il təvəllüdlü Mirsüleyman Rəhimovu döyüblər. Zərərçəkən uşaq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
 
Uşağın döyülməsi ilə bağlı xəstəxanadan polisə məlumat verilib. Xəstəxanaya gələn polis əməkdaşları uşağın ilkin izahatını alıblar.
 
Məlum olub ki, Mirsüleyman Rəhimov dönərin hesabını verməyə pulu çatmadığına görə, əvvəl təhqir olunub, sonra döyülüb.
 
Faktla bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hazırda 14 yaşlı azyaşlını döyən resto
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az