Bakıda Vətən müharibəsi iştirakçısını öldürən şəxs TUTULDU
Kişi ilə qadının mübahisəsinə müdaxilə edən gənc öldürüldü.
Hadisə "Kubinka” ərazisində qeydə alınıb.
1998-ci il təvəllüdlü Niyaməddin Muradov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.
O, elə hadisə yerində dünyasını dəyişib.
Ürəyindən bıçaqlanan Muradov Niyaməddin Dərşad oğlu naməlum kişini qadının əlindən telefon alan zaman ona müdaxilə edərkən həmin şəxs tərəfindən bıçaqlanıb.
Əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev saxlanılıb.
Qeyd edək ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, "Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.
Faktla bağlı Nəsimi Prokurorluğunda cinayət işi açılıb araşdırmalar aparılır.