Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi

Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi

Bakıda evdən oğurluq hadisəsi baş verib.

Miq.Az-ın xəbərinə görə, hadisə martın 15-dən aprelin 15-dək paytaxtın Nərimanov rayonunun M.Arif küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızı-zinət əşyaları oğurlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva saxlanılıb.

Faktla Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma zamanı məlum olub ki, C.Əliyeva həmin mənzildə xadimə işləyirmiş.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az