Bakıda xanım həkimlərin içki məclisi - Rəsmi açıqlama

Bakıda xanım həkimlərin içki məclisi - Rəsmi açıqlama
Bu gün sosial şəbəkələrdə Bakı Sağlamlıq Mərkəzinin həkimlərinin iş yerində içki məclisindən fotolar yayımlanıb. 

AzNews.az xəbər verir ki, fotoda həkimlərin əllərində içki qədəhlərinin, stolun üzərində isə içki şüşəsinin olması ciddi müzakirələrə səbəb olub. Xanım həkimlərin ağ xalatda olması və boğazlarından iş vəsiqələrinin asılması məclisin iş yerində olması ilə bağlı narahatlıq yaradır. 

Məsələ ilə bağlı AzNews.az-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzindən bildirildi ki, sözü gedən foto 3 il bundan əvvəl çəkilib: 

"Bu bizim mərkəzdə olmayıb. Tibb işçilərinin peşə bayramında çəkilib.” 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, fotodakı həkimlər peşə bayramlarını qeyd edir: 

"Onlar peşə bayramlarını restoranda qeyd edirlər.”
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az