Bakıda Xəzər TV-nin əməkdaşını belə döydülər - VİDEO

Bakıda Xəzər TV-nin əməkdaşını belə döydülər - VİDEO
"Xəzər” TV-də yayımlanan "Diqqətli ol” verilişi daha bir sosial eksperiment keçirib.

Miq.az Baku.ws-ə istinadən xəbər verir ki, növbəti dəfə keçirilən eksperiment çəkiliş heyətinə baha başa gəlib. Küçədə zorakılığa məruz qalan qadına insanların necə münasibət göstərəcəyi sınaqdan keçirilib. Bir oğlanın küçənin ortasında qadına əl qaldırması ətrafdakı insanları qəzəbləndirib.

Çoxları buna sərt münasibət göstərib və oğlana yaxınlaşaraq tənqid edib. Bəziləri hətta qadını müdafiə etmək üçün oğlana hücum çəkib. Hücuma məruz qalan "Xəzər” TV-nin əməkdaşı bunun bir sosial eksperiment olduğunu deyərək güclə canını qurtara bilib.

Verilişdən sözügedən kadrları təqdim edirik:
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az