Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyyə edildi

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyyə edildi

Təxminən bir saat əvvəl Bakının Yeni Günəşli qəsəbəsi, massiv "V”, bina 1 ünvanında yanğın başlayıb. Binanın 5-ci mərtəbəsindəki mənzildə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

Qurumun mətbuat xidmətinin rəhbəri Oktay Bayramov bir neçə dəqiqə əvvəl modern.az saytına açıqlamasında bildirib ki, yanğın 9 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib: "2 otaqlı, 50 kvadratmetrlik mənzil tamamilə yanıb. Tüstü bloka dolduğundan bina sakinləri təxliyyə edilib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Yanğının södürülüməsi davam etdirilir. Yanğın səbəbi araşdırmalardan sonra açıqlanacaq”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az