Bakıda yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı

Bakıda yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı
Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli" metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - "Əhmədli" metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçirilir.
Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub.
Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az