Bakıda yeni xəttə buraxılan avtobus qəzaya uğrayıb.
Miq.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. 160 və 139 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobusların toqquşması nəticəsində yeni xəttə buraxılan 160 nömrəli avtobusa ziyan dəyib, avtobusun yan şüşələri sınıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, qəza "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində baş verib:
"Hadisə ötən gün saat 19:00 radələrində "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində baş verib. 160 nömrəli avtobus dayanacaqda gözləyərkən 139 nömrəli avtobus ona yan tərəfdən dəyib. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb".
Qeyd edək ki, bir müddət əvvəl 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətinin yenilənmiş avtobuslarla həyata keçirilməsinə başlanıb. Xətt üzrə xidmət göstərən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans" MMC-yə həvalə edilib.

Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?