Bakıda yol polisi vətəndaşa: "İtil burdan, sənin qanını içərəm" - VİDEO

Bakıda yol polisi vətəndaşa:
Bakıda yol polisi ilə vətəndaşlar arasında mübahisə yaranıb.

Miq.az xəbər verir ki, bununla bağlı videonu sosial şəbəkələrdə Rivzan Nuriyev adlı istifadəçi paylaşıb.
Videodan da göründüyü kimi, 99 YP 463 dövlət nömrə nişanlı patrul avtomaşınında xidmət aparan yol polisi əməkdaşı vətəndaşlarla mübahisə edir, onlara qarşı nalayiq ifadələr işlədir. Hətta, vətəndaşlardan birinə "sənin qanını içərəm, itil burdan" deyərək onu itələyir.
Yaşlı qadınlar onları sakitləşdirməyə çalışsa da, polis əməkdaşı onların da yanında küçə söyüşləri söyür. Mübahisənin nədən baş verdiyi barədə məlumat verilmir.
Həmin görüntüləri təqdim edirik:
 //avtosfer.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az