Bakıda yolun çökmə səbəbi BƏLLİ OLDU - təmir başlayacaq
"Dünən qazıntılar zamanı yol səthində hardasa, 5-6 metr dərinlikdə boşluq hissə aşkarlanıb. Betonlanmış bir ərazidir. Çox güman ki, həmin yerdə əvvəllər bina olub. Söküntü işləri tam olaraq yekunlaşdırılmamış üstü torpaqlanıb”.
Bunu açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Anar Nəcəflinin sözlərinə görə, bu ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Anar Nəcəflinin fikrincə, yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir:
"Sonradan həmin ərazidə metro tikintisi ilə əlaqədar olaraq əsas küçədə - Cəlil Məmmədquluzadə küçəsində hərəkət məhdudlaşdırılıb. Küçə bağlanıb. Bakı Metropoliteninin sifarişi ilə həmin ərazinin üzərindən alternativ və müvəqqəti yolun salınması istiqamətində addımlar atılıb. Hazırda yolun çökən hissəsinin təmiri istiqamətində işlər aparılır”.
Qeyd edək ki, ötən gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.(lent.az)
Miq.Az