Bakının mərkəzində bütün otellər doldu - AzTA

Bakının mərkəzində bütün otellər doldu - AzTA

Azərbaycanda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Bakıdakı mərkəzi otellərin hamısında artıq yerlər tam dolub.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, hotellərdə yerlər aprelin 26-dan 30-dək olan müddət üçün bronlaşdırılıb:

"Formula 1 yarışları Bakıda keçirildiyindən paytaxtdakı hotellərdə, xüsusilə mərkəzi otellərdə yerlər dolub. Formula 1 yarışı dünyanın ən maraqlı, sevilən yarışlarından biri olduğundan müxtəlif ölkələrdən onun azarkeşi olan tuiristlər ölkəmizə gəlir".

N.Bağırov qeyd edib ki, Formula 1 yarışları ilə əlaqədar Bakıda bir çox əyləncəli tədbirlər həyata keçiriləcək. Buna görə də yarışa gələn qonaqların Azərbaycanda olacaqları müddətdə vaxtlarını regionlarda deyil, daha çox Bakıda keçirəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 27-29-da Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az