Bakının mərkəzində güclü partlayış - 31 yaralı, ölən var
Bakının mərkəzində güclü partlayış olub.
Miq.Az xəbər verir ki, partlayış Səbayıl rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınıb.
Partlayış zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib. İlkin məlumata görə, indiyə qədər 31 yaralı xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, partlayış qaz sızmasından baş verib.
Miq.Az