Bakının sürüşmə zonalarındakı SON DURUM

Bakının sürüşmə zonalarındakı SON DURUM
"Bayıl sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur”.

Miq.az
xəbər verir ki, bunu "Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, ərazidə mayaklar qoyulub, müşahidə aparmaq üçün digər qurğular yerləşdirilib: "Bir gündən bir sürüşmə ərazisində müşahidələr aparılır. Topoqrafiq işlər görülür. Əvvəlcədən məlumat verildiyi kimi, çatların uzunluğu təxminən 100-120, dərinlik 5-12 metr arasındadır”.
Ə.Qaralov qeyd edib ki, Bakıda At yalı, Zığ, Abşeron rayonu, Masazır qəsəbəsindəki Zəli gölü sürüşmə ərazilərində aktivlik müşahidə olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az