Bakirəliyi qorumaq lazımdırmı?- MÜTLƏQ OXUYUN
Əks-təqdirdə sizin övladınız sizin deyildir.
Qədimdən
bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də
«ayağı sürüşkən» qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər.
Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə
yox. Bu milli qanunumuzu pis-yaxşı bir təhər qoruyuruq. Adətimiz qızın
toya qədər bakirə olmasını tələb edir. Yazını diqqətlə oxuyan oxucu
sonunda anlayacaq ki, bu kişi despotizmi deyil, təbiətin, Allahın
qoyduğu qanunlardan biridir. Qadın isə doğulandan bəri bilir ki, Allahın
qoyduğu qanunları pozanda o öz uşaqlarının taleyi ilə cavab verməli
olacaq.
Birinci erkəyin təsiri
Hər
şey 150 il əvvəl yeni cins atlar yetişdirmək istəyən atçılıq zavodunda
baş vermişdi. Atların dözümlüyünü artırmaq məqsədilə zavod sahibi Lord
Morton atları zebralarla cütləşdirmək fikrinə düşmüşdü. Amma nəticədə nə
dişi atlar, nə də dişi zebralar nəsil vermədi. Təcrübələri saxladılar
və hətta bir müddətə unutdular da. Bir neçə il sonra vaxtilə zebra ilə
cütləşdirilmiş dişi atın zebra kimi zolaqlı dayçası doğuldu. Hamı
heyrətləndi, çünki bu dəfə zebraları atlara yaxın buraxan olmamışdı.
Təmiz cins atların nədənsə zolaqlı nəsli doğulmağa başladı. Hadisədən
heyrətləşmiş elm aləmi buna teleqoniya adını verdi. Dövrün görkəmli
alimləri Ç. Darvin, professor Flint, Feliks Ladentek və başqaları bu
hadisəylə maraqlanaraq təcrübələr apardılar. Onların apardığı təcrübələr
faktları təsldiqlədi. F. Ladentik «İndivid, təkamül, irsiyyət və
neodarvinizm» adlı kitab yazdı. Bu kitabda «Teleqoniya və birinci
erkəyin təsiri» adlı fəsildə öz təcrübələrini təsvir etdi. Müəllif
düşünür ki, insanlar arasında da teleqoniya hadisəsi baş verir. Qenetika
barədə hələ ki, heç nə bilməyən alim hesab edirdi ki, qadının cinsi
orqanları kişinin cinsinə uyğunlaşır və onun keyfiyyətlərinin
daşıyıcısına çevrilir. O dövrdə hesab edilirdi ki, surraqat ana da
gəzdirdiyi gen tərkibinə görə tamam fərqli olan uşağa öz gen yaddaşından
bir çələng xüsusiyyətlər bəxş edir. Bəlkə də teleqoniya hadisəsi illər
uzunu yanaşı yaşamış görkəmcə çox fərqli olan adamların tədricən
bir-birinə oxşaması hadisəsini də izah edir. Zaman keçdikcə ər və arvad
bir-birinə lap bacı-qardaş kimi oxşamağa başlayır.
Alimlərin indi
ortaya atdığı faktları isə it yetişdirənlər artıq çoxdin bilirdi. Əgər
cins dişi itə birincə dəfə küçə iti yan alıbsa bu it ömrünün sonuna kimi
qüsurlu küçüklər doğacaq. Bu itin küçüyünün gah quyruğu, gah rəngi, gah
da xasiyyəti lazımi tələblərə cavab verməyəcək. Göyərçin saxlayanlar
isə çöl göyərçininin cins göyərçini altına basdığını görəndə artıq onu
öldürürlər. Çünki ikinci əldə bu dişi göyərçini lap elit cinslə
cütləşdirsən belə onun verdiyi cücələrin ya pipiyi, ya quyruğu, ya da
tükünün rəngi analarının ayağının sürüşdüyü məqamdan xəbər verəcək.
Keçmişin bağışlanmaz səhvləri
Qəribəsi
odur ki, teleqoniya hadisəsi 19-cu əsrdə aşkar olan kimi insanlardan
gizlədilməyə başladı. Çünki teleqoniya gözlənilən seksual inqilabların
qarşısında çox böyük maneələr yaradırdı. İnsan nəslinə qənim çıxmışlar
imkan verə bilməzdi ki, bu məlumat hamıya çatdırılsın. Elmi
ensiklopediyalar teleqoniya hadisəsini təsvir etdikdən sonra onun elmi
cəhətdən təsdiq olunmadığını yazır. Sovet İttifaqının ərazisində
beynəlxalq festivallar keçirildikdən hətta bir neçə illər sonra da rus
qadınları sapsarı vanyalardan qaradərili uşaqlar doğmağa başlayanda elm
yenə də susurdu. Çünki ayağısürüşkən qızların boynuna günah qoymaq çətin
iş deyildi. Bu qızların əksəriyyəti isə etiraf edirdi ki, bir neçə il
əvvəl başqa irqin nümayəndəsiylə cinsi əlaqəsi olub, amma indi yox. Yəni
ki, uşaq 100 faiz öz ağdərili atasının övladı idi. Qadınına etibar
etməyənlərin DNT testi verib uşağın 100 faizlik atası olduğunu müəyyən
edəndən sonra teleqoniya hadisəsinə inanmaqdan başqa çarəsi qalmadı.
Həyat göstərir ki, qaranlıq keçmişi olan qadın sonradan ailə sahibi olub
hətta keçmişini unutmaq istəsə də qanuni ərinə sağlam uşaqlar doğa
bilmir. Keçmiş fahişələrin uşaqları arasında narkomanlar,
homoseksualistlər, toksikomanlar və psixi cəhətdən yarıtmaz adamlar daha
çox olur. Çünki həyatı boyu fəhişələr cəmiyyətin ən aşağı təbəqəsinin
tör-töküntüsünü canına çəkir.
Özünü ipdən qırılmış heyvanlar kimi
aparan gənc nəsil bəzən bütün taleyini zərbə altına qoyduğunu alına da
gətirmir. İnsanlar bir-birini zöhrəvi xəstəlik bir yana, mənfi, ya da
müsbət yüklü informasiyaya da yoluxdurur. Çünki rezindən düzəlmiş
qoruyucular bu tip informasiyanın qarşısını ala bilmir.
Bakirəlik qanunu
Teleqoniya
qanunu deyir ki, qadının ilk kişisi onda ömürlük iz qoyur və hətta
sonra doğulacaq uşaqların ona mütləq aidiyyəti olur. Yəni ki, hər
qadının ilk cinsi partnyoru sonradan bu qadının kimdən və harda
doğacağından asılı olmayaraq uşaqlarının genefondunun təməlini qoyur.
Bakirəliyi pozmuş kişi sanki qadının bütün nəslinin atasına çevrilir.
Bəzən ikl kişinin nəinki gen yaddaşı, hətta görkəmi də sonrakı ona dəxli
olmayan uşaqlarda özünü göstərməyə başlayır.
Teleqonia heyvanlar
arasında çox tez-tez olur. Ev donuzu təsadüfən çöl qabanı il «toy marşı»
oynayıbsa onun doğduğu çoşkalar qara tüklü olacaq. Zooloqlar daha bir
səbəb gətirirlər. Onlar deyir ki, cinsi yollarda spermanın uzun müddət
ölmədən yaşaması hadisəsi də olur. Məsələn, quşlarda 70-80 gün,
həşəratlarda bir neçə gündən bir neçə aya qədər saxlanma halları
məlumdur. Bu yolla qadının cinsiyyət yollarında «ayaq saxlamış» sperma
növbəti dəfəki aktda işə düşə bilərdi.
Kənddə seleksiya ilə
məşğul olan baytar həkimləri bu barədə daha yaxşı danışa bilər. Vaxtilə
çox geniş tətbiq edilən süni mayalandırma üsulu vaxt keçdikcə iflasa
uğradı. Bir öküz 50, uzağı 100 inəyi mayalandırar. Süni yolla bir öküzü
1500 inəyə «evləndirirdilər». Amma nəticədə 30 faiz eybəcərlik
doğulurdu. Sonradan bəzi inəklər təbii yolla «ərə getmək» istəmirdi.
Sovet zamanının təcrübələri barədə adətən danışmağı sevmirlər. Deyirlər
ki, Fransada aparılan təcrübələrin nəticələri maraqlı olub. Süni yolla 3
qadın mayalandırılıb. Doğulan uşaqlar əsil bioloji valideynlərinə
oxşamaq əvəzinə hüquqi valideynlərinə bənzəyib.
Porno indrustiyasına bir zərbə
Hazırda
teleqoniya hadisəsinin əleyhdarları tərəfdarlarından dəfələrlə çoxdur.
Bəziləri deyir ki, teleqoniya hadisəsini həqiqi saymaq özünə və
arzularına qarşı çıxmaq kimidir. Belə deyənlərin əksəriyyəti porno
industriyasının çiçəklənməsində marağı olan adamlardır. Əgər teleqoniya
hadisəsi məktəblərdə tədris edilsə hər bir gənc taleyinə ciddi zərbə
vurmamış ayaq saxlayıb bir az düşünər. Bu zaman porno industriyanın daha
bir tamaşaçısı azala bilər. Bu kiminsə pul dağarcığına möhkəm zərbə
vurmuş olar.
Vicdanı yanmış qızlara bakirə demək olarmı?
Bakirəliyi
itirmək asandı, qaytarmaq mümkün deyil. Gəncliyində bir dəfə səhvi
olmuş qadınların sağlam ailə qurmaq şansı bəyəm ömürlük itirildi? Bu
sualın cavabını yalnız din verə bilər. Sidq ürəkdən tövbə etmiş adamın
duasını eşidən Allah onun ruhundakı dəyişikliyi görüb fiziki qüsurunu
aradan götürə bilər. Ruhani cəhətdən teleqoniya hadisəsi nisbətən rahat
izah edilir: ruh bədənə təsir edir. Genlər isə ananın uşağa olan
duyğularının əks edən emosilardır. Ana nəyisə düşünsə bu uşağa birbaşa
təsir edir. Bizdə hamilə qadını kifir adama baxmağa belə qoymurlar. İnam
var ki, ananın ürəyinə düşsə, ya da uşaq ilk təkanını verən zaman
anasının gördüyü adama oxşaya bilər.
Genetik siyasət
Tarixdə
bakirə qızların daxmalarda, monastrlarda gizlədilməsinə dair çoxdu
faktlar var. Bu sadəcə kişi qısqanclığı deyildi. Qədimdən bəri hansısa
yaşayış yerini zəbt eləmiş həmlə edən tayfa məğlub qəbilənin
varidatından da əvvəl qızlarını ələ keçirirdi. Çox vaxt isə həmin qızda
öz gen yaddaşını həkk edəndən sonra onu qoyub gedirdi. Bu heyvani rəftar
insanın öz genetik kodunu düşmən tərəfə yeritmək siyasəti idi. Sonra
düşmən çıxıb gedəndən sonra bu qızı ya monastra verir, ya da keşişin
yanında köməkçiliyə göndərirdilər. Onunla evlənmək istəyən olmurdu ki,
yağının nəslini davam etdirməsinlər. Monastra getmiş bu qızın günahı o
biri monaxlardan fərqli olaraq bağışlanılan sayılmırdı.
Gizlədilmiş elm
Əvvəl
ilk partnyorun təsirindən danışılırdısa, sonralar bütün partnyorların
qoyduğu silinməz izlərdən danışıldı. Özü də təkcə kişilərin qadına
deyil, qadınların da kişidə buraxdığı izlər aşkar edildi. Münasibətlər
illər uzunu əvvəl olmuşsa məlumat harda və hansı şəkildə qorunub ötürülə
bilər? Bunu 1985-ci ildə SSRİ Elmlər Akademiyasının fizika texniki
problemlər institutunun doktoru Pyotr Qaryayevin apardığı təcrübələr
izah etməyə qadirdir. O, DNT malekulu və onun irsiyyət məsələlərini
öyrənən təcrübələr qoyurdu. Lazer spektroskopiya üsuluyla lazer
fatonları DNT yaddaşından informasiyanı köçürürdülər. Bir neçə spektrin
şəklini çəkəndən sonra alim DNT yerləşdirilmiş qabı götürüb təsadüfən
yerinə boş qab qoyur. Amma bu qabdakı informasiya da yazılmağa başladı.
Yazılanlar bundan əvvəl qaba yerləşdirilmiş DNT-nin yazılarına çox
bənzəyirdi, amma bir qədər zəif idi. Alim düşündü ki, qabda ola bilər
ki, DNT-nin qalıqları qalıb. Onu tamamilə təmizinə əvəzlədi. Amma həmin
effekt yenə də davam etdi. Bu qabda təcrübə keçirilmiş DNT-nin bir qədər
zəif şüalanması qeydə alındı. Alim heyrətini gizlədə bilmirdi: «Qabın
boş olmasına baxmayaraq lazer elə bil ki, hansısa görünməz strukturlarla
üzləşirdi. Onlar irsiyyət barədə informasiya ötürməkdə davam edirdi.
Əmin olmaq üçün qabı dəfələrlə yuyurduq, sonra təmiz azotla üfürürdük.
Əvvəl yoxa çıxan DNT spektri 3-4 dəqiqə sonra yenidən bərpa edilirdi.
Elə bil ki, onları məhv etmək mümkün deyil”. Qaryayev bu təcrübəni bir
il davam etdirdi. Sonda şübhələr qalmamışdı: DNT silinən kimi hansısa
bir fantom qalır ki, o da DNT malekulunun daşıdığı informasiya yüklüdür.
Maraqlısı o idi ki, artıq yuyulmuş qabdan informasiya yavaş-yavaş
azalaraq tam şəkildə 40 gündən sonra silindi. İndi qab həqiqətən də
təmiz idi. Bu təcrübə bizə əsas verir ki, kişinin ünsiyyətdə olduğu
qadına «avtoqraf” qoyduğunu düşünək. Bu yazını heç nə poza bilməz. O,
bədənə və ruha da təsir etmək iqtidarındadı.
Yarıqadağan mövzularda söhbət
«Nikahdan
əvvəl cinsi həyata başlamalı, ya yox?” sualı indi müasir cavanları çox
narahat edir. Kimsə Azərbaycanda gözlənilən cinsi inqilabdan dəm vurur,
kimsə xalqın artıq inqilablardan keçmiş başqa millətlərlə müqayisədə
geridəqalmış olduğunu deyir. Ona görə də inqilabı inqilaba calayan
millətlərin tarixinə baxmaq maraqlı olardı. Azadlıqdan danışan cəmiyyət
ən əvvəl seksual azadlığı təcrübədən keçirir. Amma bütün seksual
inqilablar primitiv, heyvani səviyyəyə qədər alçalmaya gətirir. Tarixdən
məlumdu ki, nizamsız cinsi əlaqələr insanların tənəzzülünə gətirir.
Bütün dinlər insandan cinsi həyatında səliqə-səhman tələb edir. Bu fikri
alimlər də təsdiqləməyə məcburdur: hazırda yavaş işləyən 50-yə qədər
virus növü məlumdur ki, eybəcərliklər və qazanılmış xəstəliklər
törədərək insan cəmiyyətini tənəzzülə sürükləyir. Şəkər xəstəyi, leykoz,
şizofreniya, xərçəkg kimi zəmanə bəlalarının da QİÇS kimi virus
xarakterli olduğunu deyənlər də var. Gen səviyyəsində tənəzzül
qətllərin, cinayətlərin, intiharların, depressiyanın, avaraçılığın
artmasına gətirir. Alimlər deməyə utanır ki, mənəvi tənəzzülün ardıca
gen səviyyəsində tənəzzül gəlir.
Qonşumuz Rusiya seks məsələsində
artıq Allahın qəzəbinə gəlmiş Sodom və Qomorra şəhərlərini xatırladır.
Burda hər 4 uşaqdan biri nikahdan kənar doğulur. Analar utanmadan uşağın
atasını tanımadıqlarını deyir. Hər 10 uşaqdan biri eybəcərliklə
doğulur. Uğurlu ailə qurmuş qadınların 98 faizi nikahdan əvvəl cinsi
həyata başlayıb. Hər min uşaqdan 174-ü gen səviyyəsində xəstədi. Moskva
və Sankt-Peterburq şəhərlərinin məktəblərində cəmi 3,5- 4 faiz uşaqlarda
fiziki və psixi xəstəlik yoxdu.
Seksual inqilab əsrin deyil,
minilliyin problemidir. Qədim xəritələrə baxsaq onlarla dövlət adı çəkə
bilərik ki, əxlaqsızlığı davranış normasına çevirmişdi. Amma indiki
dünyanın xəritəsində əxlaqsızlıqda ad çıxarmış samnitlərin, etrusların,
kütləvi orqiyaları normaya sevirmiş Roma imperiyasının izləri artıq
yoxdu. Xettlərin, asteklərin əxlaqı isə yalnız daş lovhələrdə ədəbsiz
səhnələrdə qalıb. Xalqların yoxa çıxması eyni ssenari ilə baş verir:
kütləvi fahişəlik- seksual pozğunluq- psixi sapmalar- sağlam uşaq doğa
bilməmək. Sizə belə seksual inqilab lazımdır?/
«Bizim Yol» qəzeti