Seksual bədənə qovuşmaq üçün asan məşqlər
Seksual görünüşə nail olmağınızı əngəlləyən bu yağları 5
məşqlə həm tez zamanda, həm də təsirli şəkildə yox edə biləcəksiniz.
Bu
hərəkəti etmək üçün çəki daşlarınız yoxdursa, yarım litrlik su
butulkasından istifadə etmək olar. Jim mövqeyində uzanın, ayaqlarınızı
bud genişliyində açın. Ayaq ucunda yüksələrək əvvəl sol qolunuzu
qaldırın, sonra sağ əlinizi qaldıraraq hərəkəti tamamlayın. Eyni
hərəkəti üç dəfə təkrar edin.
Ayaqlarınızı
düz olacaq şəkildə üz üstü uzanın, əllərinizi irəli doğru uzadın. Bu
hərəkəti qarnınızı içəri doğru yığaraq etməlisiniz. Budlarınızı sıxın,
ayaqlarınızı və qollarınızı eyni anda qaldırın. Bu vəziyyətdə beş saniyə
dayanın və təkrar əvvələ dönün.
Ovuc
içinizi xaricə doğru dayanacaq şəkildə turnikdən tutun və sinənizə
qabağa çəkin. Bu hərəkəti edərkən ayaqlarınızı çiyin səviyyəsində açın.
Turnikdən
dirsəklərinizi bükmədən yapışaraq, dizlərinizi bükün və arxadan çarpaz
şəkildə bağlayın. Kürək sümüklərinizi sıxaraq aşağı və yuxarı hərəkət
edin.
Bu
məşqlər hamilə olanda yaranan kürək çuxuru üçün olduqca təsirlidir.
Kürək üstü uzanın, dizlərinizi qatlayıb təkrar əvvəlki halınızı alın. Bu
məşqi gün ərzində 10 dəfə yerinə yetirin.
Movqe.az