Balıq tutanların nəzərinə: Cərimələr 20 dəfə artırıldı

Balıq tutanların nəzərinə: Cərimələr 20 dəfə artırıldı
Azərbaycanda balıq və digər su bioresurslarını qanunsuz tutmağa görə cərimələr 20 dəfə artırılır.

Miq.az  Trend-ə istinadən xəbər verir ki, bu, Cinayət Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda cərimələr 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilib. Bundan əvvəl isə eyni əmələ görə cərimə 100 manatdan 500 manatadək təşkil edirdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az