Bank evini satdı – Vətəndaş ailəsiylə mağazada yaşayır – VİDEO

Bank evini satdı – Vətəndaş ailəsiylə mağazada yaşayır – VİDEO

Borc mübahisəsi yaşayan Bərdə rayon sakini Firdovsi Təhməzov aprel ayından bəri anası və uşaqları ilə birlikdə mağazada yaşayır.

Öz dediyinə görə, Təhməzov devalvasiyadan əvvəl dükan açmaq üçün evini girov qoyaraq 12 min manat kredit götürüb. Ancaq bir müddət sonra krediti ödəyə bilməyib və bank onu məhkəməyə verərək evini hərracda 12 min manata satıb. Ancaq borc sahibindən xəbərsiz. İndi isə vətəndaş deyir ki, evinin real qiyməti 30 min manat olub.

Daha bir vacib məqam odur kı, 2013 ildə bank onun evini girov götürəndə 40 min dollar qiymət qoyub və sənədləşdirib. Hərracda isə onun evi 12 manata satılıb. Firdovsi Təhməzov sənədləşməyə məhəl qoyulmadan evinin dəyər-dəyməzinə satılması ilə razılaşa bilmir.

Həmin bankın Bərdə filialından sadəcə onu deməklə kifayətləniblər ki, Firdovsi Təhməzov pulu götürəndən sonra, ümumiyyətlə, ödəniş etməyib. Bank da öhdəliyin yerinə yetirilməməsi və girov əmlakının hərraca çıxarılması üçün məhkəməyə müraciət edib.

Hüquqşünaslar isə bildirir ki, əgər borcun ödənilməsi əmlaka yönəldilibsə, vətəndaşdan əlavə pul tələb edilə bilməz. Borc sahibi mülkünün satış qiymətindən narazıdırsa, məhkəməyə də müraciət edə bilər. Hüquqşünas məsləhət görür ki, hərrac prosesində vətəndaşların özləri də iştirak etsinlər.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az