Baş həkimin 100 minlik “rüşvət cərahiyyəsi” - Ağstafada

Baş həkimin 100 minlik “rüşvət cərahiyyəsi” - Ağstafada

İlham Mustafayev Ağstafa Rayon Mərkəzi Xəstəxanasını bazara çevirib.

VİZUAL.azdia.az-a istinadla xəbər verir ki, baş həkim dərman vasitələri və pereparatları pasientlərə satdırır.

Məlumatda qeyd olunur ki, hər şöbəyə "agent” təyin edib, həkimlərin və tibb işçilərinin gəlirlərini hesablayıb aylıq plan qoyur. Bu biabırçılıqdan bezən ağstafalılar məcburiyyət qarşısında qonşu rayonlara , mərkəzə üz tutmalı oldular.

Mənbə deyir: "Təsəvvür edin, 2008-ci ildə 150 çarpayılıq xəstəxana standarta uyğun əsaslı təmir edilmiş və bütün tibb avadanlıqları ilə təmin olunub. Mustafayevə bircə iş qalmışdır ki, yaxşı rəhbər olmaq, səhiyyə nazirinin göstərişlərinə məhəl qoymaq.

Amma baş həkim özünü nazir kimi aparmağa başladı, qəbuluna gələnlərlə görüşü digərlərinə həvalə etdi.

Demək olar ki, Mustafayev baş həkim təyin olunandan rüşvət və korrupsiya haları 2-3 dəfıə artıb. Onun nəticəsidir ki, baş həkim Qazğın Ağköynək kəndində 3 ayın içində elə bir villa tikdirib ki, hələ də dəyərini hesablayıb bilən yoxdur”.

Ağstafa səhiyyəsində pulsuz tibbi xidmətdən danışmaq əbəsdir. Xəstələr müalicə olduqları vaxt isti yeməklə təmin olunmalı olduğu halda, soyuducuya nəzər salanda məlum oldu ki, hamısı ev yeməkləridir.

Ayrılmış qida məhsulları yalnız baş həkimə məxsusdur. İlham Mustafayevin şöbələrə haqq qoyması doğum şöbəsini də silkələdi. Həkimlər baş həkimin planını doldurmaq üçün xəstələrə xidmətdən yayınmağa başlamışdılar.

Xəstələrin yaxınları məcbur olub həkimlərin bığının altından keçməli olurdular. Odur ki, 1988-ci il təvəllüdlü Təranə Əhmədova martın 2-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasında qeyseriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Martın 3-də isə ana dünyasını dəyişib. Səhiyyə nazirliyi işə müdaxilə etdi.

Nazirliyin Doğumayardım komissiyası iclas keçirdi, qərar qəbul etdi. Baş vermiş ölüm hadisəsi təhlil edildi. Ciddi nöqsanlar üzə çıxdı. Doğum şöbəsinin müdiri Ziba Məmmədova tutduğu vəzifəsindən azad edildi.

Digər bir neçə həkimlərə xəbərdarlıq olundu, töhmət verildi. İlham həkimə isə "gözün üstə qaşın var”, deyən olmadı. Odur ki, baş verənlər də baş həkimi narahat etmir. Ağstafa səhiyyəsi qara günlərini yaşayır.

Ağstafa səhiyyəsində baş alıb-gedən korrupsiya hallarında baş həkim İlham Musatafayev rəhbərlik edir. Hələ ki, görünən tərəfləri budur. 2014-cü il tarixdə bir nəfərin hesabına 39.338 manat köçürülüb.

Guya dəftərxana ləvazimatları götürülüb. Hansı ki, həmin şəxsin VÖEN-i yoxdur. Həmin şəxs bildirdi ki, onda heç bir dəftərxana ləvazimatları olkmayıb. Mustafayev pulu köçürtdürüb, 39 000 manat nəğd götürüb.

Mərkəzi Xəsstəxana binası 2012-ci ildə əsaslı təmir tam başa çatdığı, həmin görkəm bu gün də yerində olduğu halda, İlham Mustafayev MMC-lərdən birinə əsaslı təmir üçün 80. 896 manat, cari təmir üçün 39.400 manat köçürüb və nəğd götürüb.

Çünki həmin MMC-nin adı xətmkaza məxsus deyil. Hələ görünməyən tərəflərdə nələr olduğu mövcuddur. Qarşı tərəfi dinləməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az