"Baş nazirin Qubada villası var, amma yolu düzəltdirmir" - Deputatdan İRAD


"Bakı-Quba yolu ilə getmək mümkün deyil. İnsanlar bu yolla getmək istəmirlər. Baş nazirə müraciət edirəm ki, bu yolun çəkilməsi üçün işlər görülsün".

Miq.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, Baş nazirin və nazirlərin Qubada villaları var: "Onlar həmin yolla gedəndə yolun vəziyyətini görmürlər? Əgər ölkənin Baş naziri bunu bilir həll etmirsə, Prezidentə müraciət edirəm".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az