Başqalarını narkotikə təhrik edənlər sərt cəzalandırılacaq

Başqalarını narkotikə təhrik edənlər sərt cəzalandırılacaq
Cinayət Məcəlləsinin 236-cı maddəsinə (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə) yeni cəza — azadlığın məhdudlaşdırılması əlavə olunub
Sputnik-in məlumatına görə, 236.1-ci maddənin sanksiyasında "iki" sözündən əvvəl "iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib.
Həmin maddəyə təklif olunan variantda deyilir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə — 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mövcud variantda isə deyilir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə — 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, dəyişiklik oktyabrın 20-də parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az