“Bayden üç ay içində Türkiyəyə getməlidir, çünki...” – Generaldan şok açıqlama

“Bayden üç ay içində Türkiyəyə getməlidir, çünki...” – Generaldan şok açıqlama

ABŞ-ın Avropa Qüvvələrinin keçmiş komandanı, general-leytenant Ben Hodces Qara dəniz, Yaxın Şərq və Afrikada aktiv rol oynamaq üçün Amerikanın Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasının səbəblərini sadalayıb.
 
Teleqraf.com xəbər verir ki, Hudson İnstitutunun baş eksperti Maykl Doranın suallarını cavablandıran Ben Hodces Türkiyə-ABŞ münasibətləri ilə bağlı mühüm açıqlamalar verib.
 
Doranın "ABŞ Prezidenti Co Baydenə Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün nə tövsiyə edərdiniz” sualına general üç təkliflə cavab verib:
 
"Birincisi, PKK/YPG-yə dəstək dayandırılmalıdır. Türkiyədə insanların çoxu ABŞ-ın PKK/YPG-yə dəstəyindən narahatdır.
 
İkincisi, Türkiyə ilə Qara dəniz strategiyası qurmaq lazımdır. Ukrayna NATO üzvü deyil. O bölgədə üç NATO üzvümüz var və biz onları qorumalıyıq. Qara dənizdə Rusiyaya, Yaxın Şərqdə İrana qarşı, həmçinin Afrikada strategiya qurmalıyıq.
 
Üçüncü, Bayden üç ay ərzində Türkiyəyə səfər etməlidir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az