Baydendən İran xəbərdarlığı: “Tehranın qarşısını almaq üçün...”

Baydendən İran xəbərdarlığı: “Tehranın qarşısını almaq üçün...”

G-20 ölkələrinin liderlərinin zirvəsindən sonra açıqlama verən ABŞ Prezidenti Co Bayden görüşlərinin məhsuldar keçdiyini bildirib və Suriyada Amerika qüvvələrinə pilotsuz təyyarələrlə hücumlara cavab verəcəklərini bildirib.

Miq.Az xəbər verir ki, Bayden keçirdiyi görüşlərdə İranla bağlı müzakirələr apardıqlarını da deyib.

"Baş nazir Conson, Kansler Merkel və Prezident Makronla keçirdiyimiz görüşdə İranın nüvə silahı əldə etməsinin qarşısını almağın ən yaxşı yolunun diplomatiya olduğu fikrini təkrarladıq”, - ABŞ prezidenti vurğulayıb.

O qeyd edib ki, üç lider həmçinin İranı yenidən danışıqlara başlamağa təşviq etməyin yollarını müzakirə ediblər.

Jurnalistin noyabrın sonuna qədər razılaşmaya qayıtmayacağı təqdirdə İrana qarşı sanksiyaların olub-olmayacağı ilə bağlı sualına Bayden belə cavab verib:

"Bu məsələnin necə həll olunacağı, dostlarımızın bizim yanımızda olmalarından və İranın anlaşmaya geri qayıtmayacağı təqdirdə, onların iqtisadi bədəl ödəmə məsələsində hazır olmalarından asılı olacaq”.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az