Baydenə çağırış: “Rusiya ilə müharibəyə girmə”

Baydenə çağırış: “Rusiya ilə müharibəyə girmə”

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya ilə hərbi münaqişə riskini fəal şəkildə azaltmalıdır.

Bu barədə "The National Interest” nəşrinin müəllifi Bonni Kristian yazıb.

Jurnalist xüsusən Vaşinqtonun açıq səma anlaşmasına qayıtmasının və Suriyada apardığı əməliyyatların dayandırılmasının zəruriliyini vurğulayıb.

"ABŞ və Rusiya qüvvələri Suriyada vuruşmasa da, onların yaxınlığı təhlükəlidir və bu lazımsız riskdir”, - deyə B.Kristian bildirib.

O, həmçinin ABŞ hakimiyyətini Şərqi Avropadakı Rusiya qoşunlarından kənar dayanmağa çağırıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az