Bayılda daha bir bina çökdü - Ekspedisiya rəisi

Bayılda daha bir bina çökdü - Ekspedisiya rəisi
Bayıl yamacında Buxta küçəsi, 9 ünvanındakı sürüşmə ərazisinə 11 mayak quraşdırılıb.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsinə vəziyyətin dəyərləndirilir: "Bir saatdan sonra bizim əməkdaşlar ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində hansı dəyişikliklərin olması barədə məlumat verəcəklər”.
Əziz Qaralov qeyd edib ki, Buxta küçəsi, 9 ünvanında sürüşmə ərazisi İbrahim Məmmədov, 2-A küçəsində yerləşən binanın sütundan çatlar əmələ gəlib: "Ərazidə 16 mərtəbəli binaya bitişik bina tikilib. Həmin binanın sütunun birində çökmə müşahidə edilib. Bitşik binanın sütun arası 10-15 santimetr çöküb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az