“Bayraktar” alan ölkələrin siyahısı

“Bayraktar” alan ölkələrin siyahısı

İkinci Qarabağ müharibəsində mühüm rol oynamış Türkiyənin istehsal etdiyi "Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) alıcısı olan ölkələrin sayı artıb.

Miq.Az xəbər verir ki, PUA-lar Azərbaycandan sonra Ukrayna, Polşa, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Tunis, Liviya, İraq və Suriyaya ixrac edilir.

Bununla yanaşı, Macarıstan, Serbiya, Nigeriya, Anqola, Qətər və Albaniya Türkiyə istehsalı olan PUA-larla maraqlanır.

Xatırladaq ki, PUA-ların ilk alıcısı Azərbaycan olub və 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsində mühüm rol oynayıb.

Ümumilikdə isə Türkiyə müdafiə sənayesinin ümumi ixrac həcmi 2021-ci ilin sonunda rekord səviyyəyə çatıb. Türkiyə istehsalı olan 228 adda hərbi təyinatlı məhsul dünyanın 170 ölkəsinə çatdırılıb. "Bayraktar TB2” ilə yanaşı, "Anka” operativ-taktiki hücum pilotsuz uçan aparatlarının, eləcə də silahlı "Kargu” kvadrokopterlərinin tədarükü davam etdirilib. Süni intellektə malik "Alpagu” portativ kamikadze dronları uğurla sınaqdan keçirilib. "Boyga" pilotsuz uçan aparatının sınaqlarına başlanılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az