Bayram günlərində rayonlararası daşınan sərnişinlərin SAYI açıqlandı

Bayram günlərində rayonlararası daşınan sərnişinlərin SAYI açıqlandı
Avqust ayının 13-nə qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb.

Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deib.
Onun sözlərinə görə, bayramın ilk günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq müşahidə edilib: "5 gün ərzində regionlarımızdan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub. Regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb.
Avqustun 13-də regionlarımızdan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlərimiz üçün əlavə ehtiyat avtobusların ayrıldığını nəzərə alaraq yol iştirakçılarından, xüsusilə şəxsi avtomobil sahiblərindən yollarda ehtiyatlı olmalarını rica edirik! İri tutumlu sərnişin avtobuslarını ötmə əməliyyatı icra etməklə çaşdıraraq, siz təkcə avtobusun salonundakı 50 sərnişinin həyatına deyil, 50 ailənin həyatına da biganə qalmış olursunuz".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az