Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı

Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı
Novruz bayramı günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib.

Bunu "Report”a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
O bildirib ki, martın 20-dən bu günədək şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: "Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Bundan başqa, 1 nəfər dərmandan, 3 nəfər isə spirtli içkidən zəhərlənmə ilə bağlı şöbəyə gətirilib”.

A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur: "Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az