Bazara mənşəyi məlum olmayan məhsullar çıxaran dəllallar-At, eşşək, ölmüş heyvan ətləri...
İyulun 1-dən ölkədə ət məhsullarının keyfiyyətinə nəzarət olunmur.
Buna da səbəb heyvanlar üçün nəzərdə tutulan kəsim sexlərinin olmamasıdır.
Yeni qanunvericiliyin tələblərinə əsasən bütün növ qida məhsullarının keyfiyyətinə nəzarət müxanizmi yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub. Xatırladaq ki, bundan əvvəl bu vəzifəni Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Xidməti Dövlət Agentliyi həyata keçirib.
Hazırda xüsusilə ət və ət məhsulları bazarında özbaşınalıq hökm sürür. Ət məhsullarının keyfiyyətinə nəzarət eləmək səlahiyyəti artıq baytarlardan alıb. Mal, qoyun kəsən qəssablara nə baytarlar, nə də Qida Təhlükəsizliyi Agentliyindən nəzarət edən yoxdur.
Qida Təhlükəsizliyi Agentliyinə yaxın mənbə yaranmış vəziyyəti belə şərh edib.” İyulun 1-dən ət kəsiminə faktiki olaraq nəzarət yoxdur. Kəsilən ətlər müayinə olunmadan istehlakçılara ötürülür. Buna da səbəb aralıq dövrünə görə qida təhlükəsizliyinin nəzərə alınmamasıdır.”
Mənbənin bildirdiyinə görə Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları üzərində tam nəzarət imkanlarına malik olandan sonra Baytarlıq Xidməti Dövlət Agentliyindən ət və ət məhsulları üzərindəki müayinə aparmaq səlahiyyətlərindən məhrum edilməliydi.” Hazırda durum olduqca təhlükəlidir. Aldığımız ət heyvan mənşəli xəstəliklərin törədicisi ola bilər. Qida Təhlükəsizliyi Agentliyi ət kəsimi üçün sexlərin olmadığına görə müayinələr apara bilmir. İndi sahibkarlar üçündə müəyyən qədər çətin olur. Onlar kəsdikləri ətə görə sağlamlığı təsdiq edən arayışlar ala bilmirlər. Burada Qida Təhlükəsizliyi yerli şöbəsi uyğun şərait olmadığına görə lazım olan müayinələri apara bilmir. Satış yerinə çatdırılanda isə ətin yararlılığına görə arayış tələb edirlər.”
Mütəxəsis həkimlərin fikrincə daim bazara mənşəyi məlum olmayan məhsullar çıxarmaqda maraqlı olan dəllallar üçün əla şərait yaranıb. At, eşşək, ölmüş heyvan ətlərinin istehlak riski indi daha çoxdur.
Miq.Az