Bərdə və Tərtərdə sahibkarlar üçün təlimlər keçirilib

Bərdə və Tərtərdə sahibkarlar üçün təlimlər keçirilib
 
Müvəkkil Hüquq Mərkəzi Bərdə və Tərtər rayonlarında  "Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda  təlimlər keçirib.
 
Təlimlərdə 24 sahibkar iştirak edib.
 
Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  "Əhali arasında "Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutub.
 
Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib.
 
Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla  "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və "Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzusunda  aparılıb.

Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 2 qrup üzrə komanda çalışmalarında iştirak etmiş və təqdimatlar hazırlamışlar. Təlimlərin sonunda kəndli fermer təsərrüfat rəhbərləri və fərdi sahibkarların qarşılaşdığı problemlərlə bağlı hüquqi yardımlar göstərilmiş və tövsiyələr verilib.
 
Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az