Bəşər Əsədin casusu Türkiyədə yaxalanıb
Suriya lideri Bəşər Əsədin casusu Əhab Əl Atraş Türkiyədə yaxalanıb.
Axar.az xəbər verir ki, kəşfiyyat qaynaqları Atraşın Türkiyədəki suriyalı müxaliflər əleyhinə casusluq fəaliyyəti ilə məşğul olduğunu müəyyən edib.
Məlumata görə, suriyalı casus İstanbuldakı suriyalı müxaliflərin yerlərini, Suriyada Türkiyə kəşfiyyat vahidlərinə məlumat verən qaynaqların şəxsiyyətlərini əldə edərək Dəməşqə məlumat verirmiş.
Xarici İşlər Nazirliyinə bu barədə məlumat verildikdən sonra Atraş persona non-qrata elan edilərək ölkəsinə göndərilib.
Miq.az