Beyləqan icra hakimiyyətinin TUALAET açıqlaması- Adamlar görsəydi ki...

Beyləqan icra hakimiyyətinin TUALAET açıqlaması- Adamlar görsəydi ki...

Beyləqan icra hakimiyyəti: "Adamlar görsəydi ki, o, necə bir sanitar qovşağıdır”

Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” ilə Beyləqanda tikdirdiyi və bugünlədə açılışı olan ayaqyolu ilə bağlı müzakirələr gündəmdən düşmür. Məsələnin tənqid olunmasına isə rayon icra hakimiyyəti əsəbi reaksiya verib.

Rayon icra hakimiyyətinin başçısının 1-ci müavini Telman Məstanov "anspress”ə açıqlamasında deyib ki, KİV-in və ictimaiyyətin belə yüksək səviyyəli sanitar qovşağın açılışında başçının iştirakına verdiyi reaksiyanı başa düşə bilmir: "Bu çox yüksək səviyyəli sanitar qovşağıdır. Başçının iştirakına belə reaksiyanı anlaya bilmirəm. Bu söhbəti etmək ayıbdır. Sanitar qovşağını bu şəkildə (tualet kimi) təqdim edən adamlar görsəydi ki, o, necə bir qovşaqdır, məsələyə belə münasibət bildirməzdilər”...

Xatırladaq ki, sözügedən ayaqyolunun açılışında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə yanaşı Yaponiyanın Azərbaycandakı səfiri də iştirak edib.


Miq.az bir daha xatırladır ki, bir neçə gün öncə Beyləqan icra hakimiyyəti bu məqaləyə görə əsəbləşib....Yazını bir daha oxuyun:

Beyləqanda analoqu olmayan "mərasim” – tualetin açılışı

– Qonşu sən orda neynirsən? – Rəhmətliyin oğlu burda neyniyərlər?

"Bizim Cəbiş müəllim” filmindən olan bu sitat bu gün Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərində baş verən açılış mərasiminə tam aid ola bilər.

Belə ki, ölməyib, tualetin açılışı mərasiminin də keçirilməsini gördük. Adını da mədəni qoyublar -yeni sanitar qovşağın açılışı.

Bu möhtəşəm hadisə barədə "Facebook” sosial şəbəkəsində paylaşan insanlar, fotoları da yayıblar.

Qeyd olunur ki, mərasimdə hətta, Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də iştirak edib.

Tədbirin "ən maraqlı” məqamı isə ondan ibarət olub ki, tualetin açılış mərasimində Azərbaycan himni səsləndirilib…

Öz tərəfimizdən qeyd edək ki, Azərbaycan tarxində bəlkə də ilk dəfədir ki, belə bir analoqu olmayan "hadisə” baş verib.

Özü də indiyədək tək bizdə deyil, dünyanın hələ heç bir yerində tualetin açılış mərasimi kimi hadisə yaşanmayıb, yaşanıbsa da, görünür, biz bu "tarixi anı” qaçırmışıq…

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az